send link to app

Bot.Az


4.0 ( 8400 ratings )
Empresas Utilitários
Developer: Cubics Inc
Livre

Çat düyməsini sayta quraşdırın, müştərilərinizin suallarına real-vaxt rejimində cavablandıraraq onları müştəriyə çevirin.

* CANLI ÜNSİYYƏT
Müştəri dəstəyini tezləşdirərək satışı artırın.
Real-vaxt rejimində ziyarətçilərinizin suallarını cavablandıraraq onları müştəriyə çevirin.

* OFLAYN REJİM
Həmişə onlayn olmağa ehtiyac yoxdur.
Ziyarətçiləriniz sizə hətta oflayn olduğunuz zaman ismarıc göndərə biləcəklər. Siz isə bu haqda E-mail, Push və SMS bildiriş alacaqsınız.

* QRUP ŞƏKLİNDƏ ÜNSİYYƏT
Müştərilərinizə birgə kömək edin.
Siz çatı digər əməkdaşa yönəldə, qrup çata qoşula və ya digər yazışmaları real-vaxt rejimində izləyə bilərsiniz.

* HAZIR CAVAB OLUN
Ziyarətçi sualını yazdıqca, bundan xəbərdar olun.
Müştəriləriniz sual göndərməmişdən siz ona nə yazacağınızı biləcəksiniz.

* ZİYARƏTÇİNİN NƏ YAZDIĞINI GÖRÜN
Ziyarətçinin ismarıcını “Göndər” düyməsini sıxmadan öncə görərək onun sualına daha tez cavab verəcəksiniz.

* ZİYARƏTÇİLƏRİNİZİ İZLƏYİN
Bot sizə birbaşa yazışma bölməsində ziyarətçinin nə vaxt onlayn olması və hazırda hansı səhifədə olması haqda məlumat verəcək.

* BOT ƏMƏLİYYATLARI
Ünsiyyəti avtomatlaşdırmaq üçün Bot.Az-ı ayarlayın. Triggerlər müəyyən şərtlərdə çalışırlar və zəruri hallarda ziyarətçilərinizə kömək edirlər.

* FƏRDİ BİLDİRİŞ AYARLARI
Yalnız ismarıc gözlədiyiniz ziyarətçilər üçün bildirişləri ayarlayın. Fərdi bildiriş ayarları əsas bildiriş ayarlarından asılı deyil.

* API VƏ SƏNƏDLƏŞMƏ
Sənədləşdirilmiş REST API vasitəsilə HTTP sorğularla ziyarətçi və ismarıclar haqqında məlumat əldə edin, həmçinin ismarıc göndərin.